EN

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Ötən gün ABŞ-da dərc olunan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşıb, qızılın qiyməti isə bahalaşmağda davam edir.

Belə ki, EUR/USD valyuta cütlüyü 1.0555 səviyyəsindən 1.0461 səviyyəsinə qədər, GBP/USD cütlüyü isə 1.2659 həddindən 1.2576 həddinə qədər enib. Dəyərli metal isə artıq 2685$-ın üzərində ticarət olunur. “Bitcoin” tarixi rekordları yeniləməkdə davam edir. Kapitallaşmaya görə ən böyük kriptovalyuta dünən 99000$ səviyyəsini test etdi, bugün isə artıq 99270$-a qədər bahalaşdı.

Dünən açıqlanan məlumatlara əsasən, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 6 min azalaraq 213 minə qədər enib. Bu, göstəricinin cari ilin aprel ayının sonundan bəri endiyi ən aşağı səviyyədir. Ölkəkin Təkrar Mənzil Bazarında Satış Həcmi isə 3.4% artaraq 3.96 milyona qədər yüksəldi. Filadelfiya FED tərəfindən dərc olunan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi isə 10.3 bənd səviyyəsindən -5.5 bənd səviyyəsinə qədər geriləyib.

Eləcə də, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ardıcıl səkkizinci iclasda uçot faiz dərəcəsini 50% səviyyəsində saxlayıb. Tənzimləyici qurumun bu qərarı analitiklərin proqnozları ilə üst-üstə düşüb. Həmçinin, Mərkəzi Bankın yeni proqnozuna əsasən, Türkiyədə inflyasiya 2024-cü ilin sonunda 44%, 2025-ci ilin sonuna qədər isə 21% olacaq.

Bugün Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq biznes aktivliyinə dair göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Bakı vaxtı ilə saat 11:00-da Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Almaniyadam ÜDM məlumatları dərc olunacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Chosen
40
1
marja.az

1Sources