EN

Yaponiya hökuməti: ABŞ-nin sanksiyaları “Saxalin-2” layihəsinə təsir etməyəcək – ÖZƏL

Yaponiya Nazirlər Kabineti, ABŞ-nin elan etdiyi yeni sanksiyaların ölkənin maliyyə institutlarına və enerji təhlükəsizliyində mühüm rol oynayan "Saxalin-2" layihəsinə təsir etməyəcəyini bəyan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə hökumətin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında məlumat verib.

O bildirib ki, ABŞ-nin yeni sanksiyalar siyahısına "Qazprombank" da daxil olsa da, bu bankın "Saxalin-2" və "Saxalin Enerji" ilə bağlı əməliyyatları sanksiyalardan azaddır.

"ABŞ-nin "Qazprombank" da daxil olmaqla maliyyə institutlarına qarşı elan etdiyi sanksiyalar haqqında məlumatlıyıq. ABŞ-nin açıqlamasına əsasən, "Qazprombank"ın "Saxalin-2" və "Saxalin Enerji" ilə bağlı əməliyyatları sanksiyalara daxil deyil. Buna görə də, hesab edirik ki, "Saxalin-2" layihəsinə təsir göstərilməyəcək," - deyə Yoşimasa Hayaşi vurğulayıb.

Hayaşi həmçinin əlavə edib ki, Yaponiya hökuməti sabit enerji təchizatını təmin etmək üçün bütün mümkün addımları atacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources