EN

"Hyundai" yeni modelini tanıtdı - Xüsusiyyətləri və FOTOLARI

Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, uzun müddətdir gözlənilən SUV modeli "IONIQ 9"-un təqdimat mərasimi ABŞ-də keçirilib. 

Sözügedən avtomobildə 7 nəfər rahatlıqla əyləşə bilər. Belə ki, avtomobildə 3 sıralı oturacaqlar var. 

"IONIQ 9" 110,3 kVt/saat tutumlu akkumulyatoru ilə 620 kilometrə qədər məsafə qət edə bilir. 350 kVt-lıq şarj cihazı ilə cəmi 24 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər şarj olması mümkündür. Modelin ağırlığı isə 2 min 500 kiloqramdır. Avtomobil 0-dan 100 kilometr sürətə isə 5,2 saniyədə çatır. "Hyundai" yeni modelində "Aerosthetic" adını verdiyi dizayn stilindən istifadə edib. 

Qeyd edək ki, bu model 2025-ci ilin ilk yarısında Cənubi Koreya və ABŞ-də satışa çıxarılacaq. Daha sonra isə Avropa və digər bazarlarda da satılacaq.

Pərviz

Chosen
19
hit.az

1Sources