EN

Kəlbəcər Şəhəri Günü - Zəfər dastanının şanlı səhifəsi

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Ulu Öndər Heydər Əliyev

Ulu Öndər Heydər Əliyevin vaxtilə müdrikcəsinə və nikbinliklə dediyi sözlər tarixin reallığına çevrildi. Bu gün biz Kəlbəcərə qayıtmışıq. 1993- cü ildə mənfur düşmənlər tərəfindən işğal olunmuş doğma yurdumuza qədəm basmışıq. Bu həsrət uzun çəkdi, düz 27 il. Bu 27 il ərzində doğma yurd-yuvasından didərgin düşmüş kəlbəcərlilər hansı əzabı, məşəqqəti, yurd həsrətini şəkdilər! Lakin sınmadılar, dözdülər, ümidlərini bir an belə üzmədilər.

Və nəhayət o gün gəldi. Ümummilli Liderimizin ən layiqli davamçısı, xalıqmızın qəhrəmanlıq simvolu cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, böyük sərkərdəlik qabiliyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində xalqımızın Kəlbəcər həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təntənəsi ilə Kəlbəcərə qədəm qoyuldu. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Bütün xalqımız, xüsuslə də doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilər bu əlamətdar günü böyük qürur və fəxarət hissləri ilə qeyd edir.

Bu gün Kəlbəcərə yeni həyat qayıdıb, dövlətimizin başçısının xüsusi diqqəti ilə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində olduğu kimi Kəlbəcər rayonunda da genişmiqyaslı işlər həyata keçirilir. Dağlar qoynunda yeni Kəlbəcər qurulur, yeni infrastruktur layihələr həyata keçirilir. Yaxın zamanlarda kəlbəcərlilər öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Həmin tarixi vaxta çox az qalıb.

Kəlbəcər Şəhəri Günü - Zəfər dastanının şanlı səhifəsidir. Elə bir səhifə ki, onun hər cümləsi, hər sözü Vətən oğullarımızın mərdlik və şücaətinin təsviri, Vətən sevgisi, torpaq həsrətidir. 

Bayramınız mübarək olsun, əziz kəlbəcərlilər! 

 

Sevil Əliyeva 

Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxan Sisteminin direktoru

Chosen
14
missiya.az

1Sources