EN

Yaxın günlərdə Ali Radaya raket hücumu ola bilər

Ukrayna parlamentinin rəhbərliyi və xalq deputatları xəbərdarlıq ediblər ki, Rusiya yaxın vaxtlarda Ali Radanın binasına hücum edə bilər...

Poliqon xəbər verir ki, bu barədə xalq deputatı Taras Batenko "Böyük Lvov danışır" layihəsinin efirində məlumat verib.

Depuatatın sözlərinə görə, hətta dünən siyasətçilər ballistik raket zərbəsi təhlükəsini bilirdilər, amma söhbət qitələrarası silahlardan getmirdi:

"Dünən hüquq-mühafizə orqanlarımızdan məlumat aldıq ki, yaxın gələcəkdə ballistik xarakterli müəyyən eksperimental silahlardan istifadə olunacaq".

Batenko əlavə edib ki, bu gün yeni təhlükə barədə məlumat var:

"Yaxın günlərdə Ukrayna parlamentinə raket hücumu təhlükəsi ilə bağlı bizə məlumat verilir. Görəcəyik ki, bu baş verəcək, ya olmayacaq. Amma mən görürəm ki, Putin mümkün qədər Ukrayna xalqı üçün stavkaları qaldırdı".

Xatırladaq ki, noyabrın 20-də ABŞ-ın Kiyevdəki səfirliyi şəhərə hücum olduğu iddiası ilə bağlı məlumatlara görə fəaliyyətini dayandırmışdı.

Ertəsi gün rus ordusu qitələrarası ballistik raketlə Dneprə hücum edib. Kreml bunu Qərb raketlərinin öz ərazisinə endirilməsi ilə əlaqələndirib və belə hücumların davam edəcəyi ilə hədələyib.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources