Vaxtilə bütün dünyada yığılan qara kürünün 90 faizini təmin edən Xəzər dənizində indi balıq növləri təhlükə ilə üz-üzədir.
Ekoloq Rövşən Abbasov "Xəzər Xəbər"ə bildirib ki, dəniz suyunun azalması ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb ola bilər. İlk olaraq Xəzər dənizində yaşayan unikal flora və fauna növləri üçün yaşayış mühiti darala, bəzi növlər isə məhv ola bilər. Məsələn, nərə balıqları və onların istehsal etdiyi qara kürünün azalması ehtimalı yüksəkdir.
Ekoloqun sözlərinə görə, balıq ehtiyatının azalması balıqçılıq sənayesinə böyük zərbə vura bilər. Sahilboyu turizm obyektləri və xidmətlərə tələbat azalar, iqtisadi fəaliyyət zəifləyər. Bu isə yerli bazarı idxaldan daha çox asılı hala salar.
Qeyd edək ki, son 30 ildə Xəzərdə suyun səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcandoğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır.
Ətraflı süjetdə:
10Sources
-
news24.az2025-də bizi bunlar gözləyir - Güclü pandemiya, dini dirçəliş və s. ( 14133658)
-
hafta.az2025-ci il üçün öncəgörmələr: yeni epidemiya, süni intellekt inqilabı ( 14124130)
-
afn.az2070-ci ilə doğru dünya əhalisi: Afrika artır, Avropa və Asiya azalır ( 13968766)
-
fins.az2025-ci il üçün üzüm bazarının proqnozları ( 13924054)
-
moderator.az"Tramp tarixdə "böyük sülhməramlı" kimi qalmaq istəyir" - "The Atlantic" ( 13829287)
-
seherxeber.orgAntarktikada ciddi həyəcan təbili çalınır: Sahil şəhərlərini hansı qorxunc ssenari gözləyir? ( 13771612)
-
azreform.infoAntarktikada ciddi həyəcan: Sahil şəhərlərini hansı qorxunc ssenari gözləyir? ( 13771441)
-
paralel.azAntarktikada ciddi həyəcan: Sahil şəhərlərini hansı qorxunc ssenari gözləyir? ( 13771429)
-
ednews.net"Wall Street" Çində son 10 ilin ən böyük faiz endirimlərini gözləyir ( 13759600)
-
valyuta.az"Wall Street" Çində son 10 ilin ən böyük faiz endirimlərini gözləyir ( 13747183)