EN

Güclü külək nəticəsində üzərinə dayanacaq aşan qadın ÖLDÜ

Rusiyada güclü külək faciəyə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Saratovda güclü külək avtobus dayanacağını qadının üzərinə aşırıb. Hadisə nəticəsində qadın həyatını itirib.

“Külək nəticəsində avtobus dayanacağı 46 yaşlı qadının üzərinə aşıb. Qadın yıxılan köşkün altından çıxarılaraq xəstəxanaya yerləşdirilib və o, aldığı xəsarətlərdən ölüb. İstintaq Komitəsi xidmətin düzgün göstərilməməsi maddəsi ilə cinayət işi açıb”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
11
1
interpress.az

2Sources