EN

Restoranda yanğın: Ölən və zərərçəkənlər var

Türkiyədə yanacaqdoldurma məntəqəsində yerləşən iki mərtəbəli restoranda yanğın baş verib. 

News24.az xəbər verir ki, restoranda müştəriləri isinmək üçün yandırılan elektrik sobası qəfildən içəridəki pərdələri alovlandırıb. Pərdədən çıxan alov sürətlə iş yerinə keçib. 

Hadisə yerinə gələn qruplar alovlara sürətlə müdaxilə edərkən, alov küləyin təsiri ilə iki mərtəbəli restoranın hər tərəfini bürüyüb. 

Qeyd edək ki, yanğın nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Günel Məlikzadə

Chosen
8
news24.az

1Sources