EN

Əməkdar artist: “Kəbinin heç bir əhəmiyyəti yoxdur” - Video

“Ən bərbad məsələ bilirsiniz nədir? Kişi aparıcıları efirdə qadın müğənnidən “Sevgilin var” sualı vermələri. Mən buna baxıb utanıram. Suala bax! Birinin də ixtiyarı yoxdur durub desin ki, sənə nə?”

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Lalə Məmmədova “Çərçivədən kənar” verilişində deyib.

O, bir sıra həmkarlarının efirə kəbin kağızı ilə çıxmalarını sərt şəkildə qınayıb:

“Özləri bilər kimdən dünyaya uşaq gətirirlər, nə cür gətirirlər. Allahın verdiyi paydır. Amma bunu efirdə danışmağın əleyhinəyəm. Niyə axı bu səviyyəyə gətirib çıxarırsınız?! Sonrada sosial şəbəkədə video paylaşıb deyirlər ki, mən şəxsi həyatımla bağlı artıq danışmaq istəmirəm

Kəbin kağızlarını göstərib deyirlər ki, övladımı halal yolla dünyaya gətirmişəm. Sən heç kimə şəxsi həyatınla bağlı hesabat verməyə məcbur deyilsən. Əlindəki kağızın da heç bir hüquqi əhəmiyyəti yoxdur”.

Mənbə: yenisabah.az

Chosen
15
2
yenisabah.az

3Sources