EN

PSJ onunla müqaviləni uzadacaq

Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadacaq.

Bakıvaxtı.az-ın "RMC Sport"a istinadən məlumatına görə, tərəflər artıq bununla bağlı razılığa gəliblər.

Yeni sözləşmənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mərakeş millisinin üzvü cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
8
4
bakivaxti.az

6Sources