İsrail ordusunun dünən Livanın şərqindəki Baalbek bölgəsinə endirdiyi zərbələr nəticəsində 47 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb. Bu barədə Baalbek-Hermel valisi Beşir Xıdır, rəsmi "X" internet səhifəsində etdiyi paylaşımda məlumat verib. Xıdır hücumlar zamanı Baalbekdəki bir çox bölgənin bombalandığını qeyd edib və itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
Eyni zamanda, İsrailin Livanın cənubundakı Sur şəhərinə etdiyi hücum nəticəsində 5 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
İsrail ordusunun 2023-cü ilin oktyabrın 8-dən etibarən Livana etdiyi hücumlar nəticəsində ölənlərin sayı 3,583-ə, yaralıların sayı isə 15,244-ə yüksəlib.