EN

Netanyahu və Qallant Kanadaya gəlsə, həbs olunacaqlar – Trüdo

Netanyahu və Qallant Kanadaya gəlsə, həbs olunacaqlar.

İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. O təsdiq edib ki, Benyamin Netanyahu və Yoav Qallant BCM-nin verdiyi həbs orderləri əsasında Kanadaya daxil olarsa, həbs olunacaqlar.

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin təsisçilərindən biriyik, beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qaydalarına və qərarlarına əməl edəcəyik”, – Trüdo deyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
interpress.az

1Sources