EN

Messi birinci, Xavi ikinci sırada – SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası İspaniya klublarında ən çox matça çıxan oyunçuları açıqlayıb.

Msport.az xəbər verir ki, eyni komandada bütün turnirlər nəzərə alınmaqla 700 və daha çox görüşə çıxanların adları yazılıb.

İndiyə qədər 7 nəfər bunu bacarıb. Siyahıya “Barselona”da 778 matça çıxan Lionel Messi başçılıq edir. Maraqlıdı ki, cəmi 3 klubun futbolçuları 700 oyun həddinə çatıb.

1. Lionel Messi (“Barselona”) – 778

2. Xavi (“Barselona”) – 767

3. Raul (“Real”) – 741

4. İker Kasilyas (“Real”) – 725

5. Serxio Buskets (“Barselona”) – 722

6. Manolo Sançis (“Real”) – 710

7. Xesus Navas (“Sevilya”) – 700

Chosen
13
msport.az

1Sources