EN

Ülviyyə Cəlilzadə: "ACWA Power" şirkətinin baş icraçı direktoru xidmətimizdən çox razı qaldı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Konfrans zamanı bir çox qlobal şirkətlər öz stendləri ilə tədbirdə təmsil olunurlar.
"URBAN CREW" şirkəti də "ACWA Power" şirkəti üçün tədbir təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirir, iştirakçılara yüksək səviyyədə logistika xidməti göstərir.
Belə ki, "ACWA Power"in stendinin COP29 ərəfəsində idarə olunmasını və bütün təşkilati işləri "URBAN CREW" şirkətinin komandası həyata keçirir.
Bu barədə "URBAN CREW" şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib.
Ü.Cəlilzadə bildirib ki, 12-14 noyabr tarixlərində "ACWA Power"in rəhbər şəxsləri şirkətin stendində iştirak edərək tədbirdəki qonaqlarla fikir mübadiləsi aparıblar:
"ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli tədbirin yüksək səviyyədə keçməsindən məmnunluğunu bildirib. Həmçinin digər rəhbər şəxslər də tədbirdən razı qaldıqlarını bildiriblər. Bu "URBAN CREW" şirkətinin komandası üçün böyük fəxrdir".
Qeyd edək ki, bu gün COP29-un sonuncu günüdür.
Xatırladaq ki, "URBAN CREW" şirkəti müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.
Chosen
7
1
oxu.az

10Sources