Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Leqal.info xəbər verir ki, hadisə iki gün əvvəl axşam saatlarında rayonun Digah qəsəbəsində qeydə alınıb.
Belə ki, Elçin Əliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada Əfqan Məhərrəmovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, o dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Leqal.info