EN

Ombudsman: "Həbsdə olanlara işgəncə barədə bizə məlumat gəlməyib"

Məqalə barədə məlumatMüəllif, İlkin HəsənovVəzifə, BBC News Azərbaycanca,Bakı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevə BBC Azərbaycancanın suallarını cavablandırıb. O, ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması iddiası ilə bağlı suala cavabında bunun “cəfəngiyyat” olduğunu deyib.

“Azərbaycanda, ümumiyyətlə, tutulan şəxslər arasında, saxlanılan şəxslər arasında həkim, mühəndis, müxtəlif peşə sahibləri var. Və bu iddialar ki, onlar yalnız jurnalist olduqları üçün həbs olunublar bu, qeyri-ciddi bir iddiadır və cəfəngiyyatdır”, - Ombudsman qeyd edib.

O bildirib ki, “jurnalistlərə qarşı qaldırılan cinayət işlərində onların peşə fəaliyyətlərinə görə həbs olunması öz əksini tapmayıb”.

“Müxtəlif cinayətlər, istintaq davam edir, onlar məhkəmə qarşısına çıxarılacaqlar və sizin qeyd etdiyiniz vəkillər vasitəsi ilə bu məsələyə münasibətlərini göstərə bilərlər”,- İnsan Hüquqları üzrə müvəkkil deyib.

Saxlanılan jurnalistlərin təxridxanada işgəncə və ya pis rəftarla üzləşməsi, onlara ailələri ilə görüş verilməməsi ilə bağlı iddialara gəlincə, Ombudsman qeyd edib ki, təmsil etdiyi quruma belə bir məlumat gəlməyib.

“Bizim aparata bu məlumatlar daxil olmayıb. Biz mütəmadi olaraq sosial şəbəkələrdə yayımlanan bu məsələlərlə bağlı müvafiq başçəkmələr həyata keçiririk. Və əgər bu və ya digər hüquq pozuntusu müəyyən olunursa, tərəfimizdən müvafiq addımlar atılır”, -deyə Ombudsman əlavə edib.

Videoya YouTube kanalımızda baxın.

Chosen
17
bbc.com

1Sources