“Yeni nəsil” avtomobillər sayılan elektromobil və hibrid mühərrikli maşınlar isə daha çox Çindən idxal edilir. Onlar komfortlu olduqları kimi, yanacaq sərfiyyatı baxımından da əlverişlidir. Lakin bu tip avtomobillər bəzi xüsusiyyətlərinə görə alıcılar üçün əsl baş ağrısına çevrilə bilər.
Yenisabah.az-ın araşdırmasına görə, ölkənin avtomobil bazarına yeni daxil olan bir çox “gənc markalar"ın ehtiyat hissələri və təmir ustaları olduqca az tapılır. Xüsusən, son illər Çindən və bəzi Uzaq Şərq ölkələrindən (Yaponiya, Cənubi Koreya) gətirilən nəqliyyat vasitələrinin “zapçastları” ehtiyat hissələri mağazalarında demək olar ki, yoxdur. Ən yaxşı halda onlayn satış platformalarından və markaların mərkəz ofislərindən sifariş edilən hissələrin qiyməti isə olduqca baha başa gəlir.
Sürücülərin üzləşdiyi digər bir problem isə bu növ maşınların mühərrik sistemi və təmir formasının digərlərindən tamamilə fərqli olmasıdır. Ənənəvi avtomobillərdən fərqli olaraq, yalnız xüsusi kameral diaqonoz vasitəsi ilə nasaz hissələri aşkarlanan elektromobil və hibrid nəqliyyat vasitələrinin ustaları isə sadəcə xüsusi servislərdə tapılır. Onların sayı isə olduqca məhduddur.
9Sources
-
news24.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə… ( 13314748)
-
olke.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə... ( 13281949)
-
moderator.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə… ( 13273399)
-
referans.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə... ( 13271938)
-
nocomment.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə… ( 13271386)
-
musavat.comYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə... ( 13271398)
-
avtosfer.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə... ( 13271059)
-
demokrat.azYeni avtomobil alarkən bunlara diqqət edin — Əks təqdirdə... ( 13269874)
-
konkret.azYeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə… ( 13269529)