EN

Nüvə müharibəsi riski britaniyalıları qorxuya saldı – Yeraltı bunkerlərə maraq xeyli artıb

Son günlər Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasının güclənməsi bütün dünyada böyük həyacana səbəb olub. Artıq bir çox Qərb siyasətçiləri, ekpertlər və siyasi şərhçilər Putinin artan nüvə təhdidləri qarşısında III Dünya Müharibəsi ilə bağlı xəbərdarlıqlar etməyə başlayılar.

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Klein də Rusiyaya qarşı Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edilməsindən sonra artıq ölkəsinin də müharibəyə qoşulduğunu bildirib. Səfir Putinin dünən xalqa müraciətində dediklərini də xatırladıb.

“Biz hesab edirik ki, silahlarımızı obyektlərimizə qarşı istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı öz silahlarımızdan istifadə etmək hüququmuz var”, - Putin deyib.

Chosen
20
azpolitika.info

1Sources