EN

"İnsanyuyan"maşınlar - Yaponların yeni ixtirası

Osakada yerləşən və duş başlıqları istehsalı ilə məşğul olan "Science" adlı şirkət oturacaqlı kokpit formasında unikal bir cihaz hazırlayıb. 

Avtosfer.az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadən xəbər verir ki, hazırlanan yeni cihazda istifadəçi mərkəzi oturacaqda əyləşir, su ilə dolur və sensorlar vasitəsilə şəxsin nəbzi və digər bioloji göstəriciləri ölçülərək ideal temperatur təmin olunur. Bununla yanaşı, cihazın şəffaf örtüyünün içərisində istifadəçini dincəltmək məqsədilə xüsusi görüntülər nümayiş etdirilir.  

"Miraı Ningen Sentakuki" (Gələcəyin insan yuyan maşını) adlanan bu cihaz hələlik kütləvi satış üçün nəzərdə tutulmayıb. Şirkət bu layihəni ilk dəfə bu ilin aprel ayında Osakada keçiriləcək bir sərgidə təqdim etməyi planlaşdırır. Hər gün səkkiz nəfər əvvəlcədən qeydiyyatdan keçməklə 15 dəqiqəlik "yuma və qurutma" təcrübəsi yaşamaq imkanı əldə edəcək.  

Bununla yanaşı, şirkətin evdə istifadə üçün nəzərdə tutulmuş versiyanın da üzərində işlədiyi barədə məlumatlar yayılıb.  

(valyuta.az)

Chosen
6
1
avtosfer.az

2Sources