EN

Qol sayına görə Maradonaya çatdı

Argentina DÇ-2026-nın seçmə oyununda Peruya 1:0 hesabıyla qalib gəlib.

Sonuncu dünya çempionu bu qələbə ilə Cənubi Amerikada seçmə qrupda liderliyini davam etdirib. Argentina yığmasının hücumçusu Lautaro Martines komandadakı qol sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb. “İnter”in 27 yaşlı futbolçusu milli formadakı qollarının sayını 32-yə çatdırıb.

Argentina millisində ən çox qol vuran futbolçu Lionel Messidi. O, 112 dəfə rəqib qapılarına yol tapıb. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun hesabında isə 35 qol var. Martines ilə Maradona hərəyə 32 qolla yığma tarixinin ən yaxşı bombardirlərinin siyahısında 5-6-cı yerləri bölüşürlər.

Chosen
10
football-plus.az

1Sources