EN

Baş məşqçinin dəyişməsindən sonra əlləri PULA DƏYDİ

«Səbail»in futbolçuları Şahin Diniyevin gedişindən sonra ilk dəfə pul qazanıb. Premyer Liqanın 13-cü turunda «Turan Tovuz»u qonaq edən və meydandan 1:1-lik bərabərliklə ayrılan «dənizçilər» hərəyə 700-800 manat qabağa düşüb. Klubun himayədarı olan Rauf Vəliyevin göstərişi ilə onlara bu qədər mükafat ödənilib.
Bayıl təmsilçisini bu görüşə Elvin Məmmədov hazırlayıb. Ondan sonra komandanın sükanı arxasına yaxın dostu Cavid Hüseynov gətirilib.
«Səbail» mövsümün arxada qalan hissəsində 8 xal toplayıb. Bu göstərici ilə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ

Chosen
6
sportinfo.az

1Sources