EN

İşğalçı Ermənistanın silahlandırılması cinayətdir – Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Ermənistanın Fransa, Hindistan və digər şər ölkələri tərəfindənkütləvi silahlandırılması konkret olaraq cinayətdir.

Trend xəbər verir ki, bufikirləri ARB24 kanalına müsahibəsində Trend BİA-nın direktormüavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O əlavə edib ki, son günlər Hindistanın yenidən Ermənistanasilah tədarük etməsi ciddi narahatlıq doğurur.

"Bu ölkələr yaxşı bilirlər ki, Ermənistan işğalçıdır. Ermənistan30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayıb, talan edib,soyqırım cinayətləri törədib, separatizim siyasəti yürüdüb",-siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, dünyada işğalçı kimi tanınan Ermənistanınsilahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir:

"Çünki Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir.Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibəocağı yaratmağa çalışır, Azərbaycanla sülh müqaviləsi imzalamaqdamaraqlı olmadığını sübut edir. Azərbaycan müharibə istəmir,dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütünresursları işə salıb. Belə olduğu halda Ermənistan nədən qorxur,niyə silahlanır? Görünən odur ki, Paşinyan hakimiyyəti Qərb vəAvropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdənölkələrin diqtəsi ilə silahlanır, bölgə üçün yeni təhdidləryaradır".

Məqalədə:
Chosen
20
3
az.trend.az

4Sources