EN

"Psixonevroloji disfunksiyaları olan uşaqlarda sensormotor inkişaf” adlı təlim keçiriləcək

Bakıda "Psixonevroloji disfunksiyaları olan uşaqlarda sensormotor inkişaf” adlı  təlim keçiriləcək.

 

7-8 dekabr 2024-cü il tarixlərində,  psixonevroloji disfunksiyaları olan uşaqlarda sensor və motor inkişaf mövzusunda təlim keçiriləcək.

 

Modern.az xəbər verir ki, təlim, loqopedlər, psixoloqlar, pedaqoqlar və reabilitasiya mütəxəssisləri kimi xüsusi ehtiyaclı uşaqlarla çalışan mütəxəssislər üçün nəzərdə tutulub.


İştirakçılar sensor inteqrasiya, diaqnostika və müdaxilə texnikaları üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin tədbir iştikaçıları müasir metodologiyalarla tanış olacaqlar.


Təlim bu sahədə geniş təcrübəyə malik erqoterapist və fiziki terapevt Yuliya Yatsenko tərəfindən aparılacaq. Yuliya xanım, sensor-motor qarşılıqlı əlaqələrin dəyərləndirilməsi və inkişafına yönəlmiş müasir metodları iştirakçılarla bölüşəcək.

Tarix: 7-8 dekabr 2024

Məkan: Bakı, Ə. Rəcəbli küç. 19K, LOR Hospital

Əlaqə: +994 70 342 00 33

Qeyd: Təlim ödənişlidir, yerlər məhduddur.

 Əvvəlcədən qeydiyyat zəruridir. İndi qoşulun və peşəkar biliklərinizi artırın!1397692

Chosen
12
1
modern.az

2Sources