EN

Rusiyanın Böyük Britaniyaya raket atacağı ehtimalları çoxdur - AKTUAL

Rusiyanın nüvə doktrinasına edilən düzəlişlər və Ukraynanın "Storm Shadow" qanadlı raketləri ilə həyata keçirdiyi hücumlar beynəlxalq arenada yeni gərginliklərə səbəb olub.

Xüsusilə Böyük Britaniyanın Ukraynaya bu raketləri təmin etməsi, Rusiya tərəfindən təxribat kimi qiymətləndirilir və iki ölkə arasında kəskin ritorik mübadiləyə yol açıb.

Rusiya rəsmiləri bu cür yardımın Ukraynanın hərbi gücünü artırmaqla yanaşı, NATO ölkələrinin münaqişədə birbaşa tərəf kimi görünməsinə səbəb olduğunu iddia edir. Bu da Rusiya-Böyük Britaniya münasibətlərində ciddi gərginlik yaradıb. Nüvə doktrinasına düzəlişlər isə Moskvanın təhlükəsizlik strategiyasını daha da sərtləşdirdiyini və potensial nüvə silahlarının istifadəsi ilə bağlı meyarların genişləndirildiyini göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Rusiya Nüvə Doktrinasına düzəliş edəndən bəri Ukrayna Rusiyaya "Storm Shadow" ilə hücum edəndən sonra Böyük Britaniya ilə Rusiya arasında müharibə ritorikası yaranıb.

Aqşin Kərimov: Rusiyanın Qərbi hücumla hədələməsi tezislərə uyğundur

O qeyd edib ki, Rusiyanın Ukraynaya qitələrarası ballistik raket zərbəsi endirməsi birbaşa Londona, ikinci dərəcəli mənalandırmada isə Fransa və ABŞ-yə mesajdır:

“Yəqin ki, mümkün genişmiqyaslı eskalasiyada Rusiyanın NATO-nun ən güclü ölkələrindən olan Böyük Britaniyaya raket atacağı ehtimalları çoxdur. Rusiya prezidenti Vladimir Putinin noyabrın 21-də Ukraynanın Rusiya dərinliklərinə zərbələrini dəstəkləyən Qərb ölkələrini hücumla hədələməsi qeyd edilən tezisə uyğundur".

Şərhçi əlavə edib ki, Putin Dneprə endirilən qitələrarası ballistik raket zərbəsini ritorik olaraq Rusiyanın nüvə imkanları ilə əlaqələndirir:

"Bu, müxtəlif üsullarla Rusiya-Britaniya qarşılıqlı hərbi güc ritorikasını stimullaşdırır.  Buna rəğmən Böyük Britaniya ağıllı strategiyaya malikdir, ümumiyyətlə Ukraynadakı müharibənin iki əks ucda dayanan strateji "qalibi" görünür: Biri Böyük Britaniya, digəri isə Çin”.

Aydın Baxış

Chosen
8
bakivaxti.az

1Sources