EN

Qadın hakim gözlənilməz qərarı ilə diqqət çəkdi - VİDEO

Niderlandda “Heerenven” və “Telstar”ın qadın komandalarının arasında keçirilən matçın hakimi Manon Plandsoen gözlənilməz qərarı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, baş hakim meydan sahiblərinin futbolçusunun boş qapıya zərbə vurduğu anda qarşılaşmanın final fitini səsləndirib.

Top qapıdan keçsə də, referi qolu hesaba almayıb. Hakimin bu qərarı isə müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik:

Chosen
15
sportinfo.az

1Sources