EN

Tramp Qrenlandiyadan əl çəkmir: Danışıqlar başladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Qrenlandiya adasını almaq üçün danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

Qeyd olunub ki, Tramp bu cür böyük alışı hələ ilk prezidentlik müddətindən arzulayır. O zaman hətta adanın sahilindən “Trump Touer”in redaktə edilmiş şəkilini paylaşaraq "Qrenlandiya ilə bunu etməməyə söz verirəm!" yazmışdı.

Lakin Co Bayden prezident olandan sonra bu ideya təxirə salındı.

Danimarka rəsmiləri adanın ABŞ-a satılmasına qarşı qəti şəkildə çıxır. Danimarkalı millət vəkili Rasmus Yarlov hətta adanın satışını qadağan edən düzəlişlərin ölkə Konstitusiyasına daxil edilməsini tələb edib.

Chosen
13
1
axar.az

2Sources