EN

İran, MAQATE-nin qətnaməsinə cavab olaraq yeni avadanlıq işə salacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, İran, MAQATE-nin anti-İran qətnaməsinə cavab olaraq "müxtəlif növ inkişaf etmiş sentrifuqların əhəmiyyətli sayını" uran zənginləşdirmək üçün işə salacaq. İranın Xarici İşlər Nazirliyi bildirib ki, bu qərarı ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami verib.

Nazirlik, Tehranının mütəmadi olaraq hər hansı anti-İran tədbirlərinə və MAQATE İdarəetmə Şurasının qanunsuz siyasi məqsədlərin təbliği üçün istifadəsinə cavab verəcəyini əvvəlcədən xəbərdarlıq etdiyini vurğulayıb.

Ötən gün France-Presse agentliyi xəbər verib ki, MAQATE-nin İdarəetmə Şurası İranı nüvə məsələsində əməkdaşlıq etməməkdə tənqid edən bir qətnamə qəbul edib. Qətnamənin mətni ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən təqdim edilib. 35 ölkədən 19-u qətnamə lehinə, Rusiya, Çin və Burkina-Faso isə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.

Reuters-in məlumatına görə, qətnamə, MAQATE-nin 2025-ci ilin yazına qədər İranla bağlı "əhatəli" bir hesabat hazırlamasını tələb edir.

Həmçinin bildirilir ki, İsrail, İranın nüvə sınaqları apardığı obyektlərə zərbə endirib və nəticədə mürəkkəb avadanlıqlar məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources