EN

Rusiyanın qələbə çalması nüvə silahı işlədilməsi qədər təhlükəli olacaq



"Dünyanın bütün nüvə dövlətləri bu silahın işlənilməsinin bəşəriyyətin sonu olacağı gerçəyini yaxşı bilirlər, xüsusən də iki nüvə gücü qarşıdurmada iştirak edərsə.
ABŞ prezidenti Co Baydenin hakimiyyətinin sonuna iki ay qalmış Ukraynaya Rusiya ərazilərini ABŞ-a aid raketlərlə vurmağa razılıq verməsi, Böyük Britaniya və Fransanın da eyni addımı atması son iki ayın dünya üçün çox təhlükəli və gərgin keçəcəyi anlamına gəlir. Görünən odur ki, sinir müharibəsi son həddə çatacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Trampın bu müharibəni dayandırmaq istəyi fonunda indiki məqamda hadisələrin daha da gərginləşməsi tərəflərin son kozurlarını oynayacağı anlamına gəlir:

"Qarşılıqlı raket zərbələri ilə kim-kimin üzərində psixoloji təzyiq yaratmaqla geri çəkilməsini təmin edə biləcək, bu maraqlı olacaq.

Nüvə müharibəsi ehtimalı yox dərəcəsində olsa da, bu iki ayın tərəflərin bir-birinə çox ziyan vuracağı mütləq olacaq. Amma Putinin Trampın gəlişi ilə müharibənin dayanması nəticəsində qələbə hesab ediləcək durum əldə etməsi gözləntiləri Rusiyanın son ümid yeri olduğu üçün hələlik dözüm göstərəcək".

Azər Qasımov deyib ki, əsas məsələlər Trampın gəlişindən sonra olacaq:

"Tramp müharibəni dayandıra bilməsə dünya əsas onda təhlükə altında olacaq. Rusiyanın qələbə çalması nüvə silahı işlədilməsi qədər təhlükəli olacaq".

Süleyman
Chosen
13
newscenter.az

1Sources