Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.
Musavat.com-un Qazaxda olan əməkdaşı xəbər verir ki, bu barədə "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.
O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd Diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir, Gürcüstan və Ermənistanla sərhəddə müşahidələr aparılır:
"İcevan-Tiflis magistral yolu, Noyemberyan-İcevan rayonlarını kameralarla müşahidə edirik. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir. Eyni zamanda sərhəd döyüş məntəqələrinin bütün əraziləri nəzarət altındadır. Ərazidə baş verən dəyişikliklər nəzərə alınır və yeri gəldikdə müdaxilə edilir".
Şahanə Rəhimli
Musavat.com