EN

Natiq Miri: Putin bu çıxışı ilə həqiqətən də, qorxduğunu ortaya qoydu...

Rusiya prezidenti dünən axşam saatlarında Ukrayna müharbəsinin yeni fazaya keçməsi ilə bağlı müraciət edib...

Politoloq: “Putin bu çıxışı ilə xalqı xəbərdarlıq etdi ki, dünya bütün ən çətin və pis vəziyyətlərə hazır olsun. Bu xəbərdarlıq mesajı idi”.

“Artıq Rusiya gördü ki, müharibənin mahiyyəti dəyişir. Rusiya rəhbərliyi vərdiş etmişdi ki, müharibə Ukraynada gedəcək və onları əraziləri toxunulmaz olaraq qalacaq. Ancaq indi müharibə təkcə Ukraynada getmir, həm də Rusiya ərazisində gedir və gedəcək”.

Bu sözləri politoloq Natiq Miri Rusiya prezidentinin dünənki müraciətini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharbəsinin yeni fazaya keçməsi ilə bağlı müraciət etdi. Bəziləri Putini bu çıxışını tarixi çıxış adlandırırlar, çüni İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, bu tipdə qlobal olaraq bir gərginlik ortaya çıxır.

Ümumilikdə, Putinin bu çıxışını necə dəyərləndirmək olar və Putinin mesajlarında əsasən nələr üzə çıxdı?

Rusiya prezidentinin ötürdüyü mesajları Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiya prezidenti əslində Rusiyanın zəif tərəflərini çıxışları ilə ortaya qoyub və daha bir həqiqəti ortaya çıxardı. Bəlli oldu ki, bu üç il müddətində Qərb dünyası müharibənin yalnız Ukrayna ərazisində deyil, Rusiyanın içinə doğru daşına biləcəyi ilə bağlı qərar qəbul etmiş olsaydı, strateji silahların Rusiya ərazisində istifadəsinə icazə vermiş olsaydılar, müharibənin nəticələri tamamilə fərqli olacaqdı”.

Putinin dünənki çıxışında nüvə silahı ilə bağlı heç bir ifadəni işlətmədiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, bu da səbəbsiz deyil. Çünki nüvə silahından istifadə ilə qorxutmaq, çox qeyri-ciddidir:

“Putin bu çıxışı ilə xalqı xəbərdarlıq etdi ki, bütün dünya ən çətin və pis vəziyyətlərə hazır olsun. Bu xəbərdarlıq mesajı idi. Digər tərəfdən, bu həm də çəkindirici məqam olaraq düşünülməlidir. Bir tərəfdən Ukrayna Rusiyanın dərinliklərini vurmağa razılıq verilən Qərbə xəbərdarlıq edilirdi ki, Rusiya bu məsələyə amansız olacaq və istənilən silahdan özünü müdafiə etmək üçün istifadə edəcək.

Rusiya bu silahdan istifadə etdi. Bu qitələrarası ballistik raketin tətbiq olunması idi. Bu raketin istifadə olunması güc nümayişi idi və çəkindirici xarakter daşıyırdı. Ancaq bu qarşı tərəfi qorxutdumu? Düşünürəm ki, qorxutmadı. Çünki bu barədə əvvəlcədən xəbərdarlıq olunmuşdu və bu məsələ ABŞ-Ukrayna arasında müzakirə predmeti olmuşdu. Ukrayna da geriyə yolun olmadığını bəyan edib və hər duruma hazır olduqlarını elan edib.

Putin bu çıxışı ilə həqiqətən də, qorxduğunu ortaya qoydu. Bütün bu zülmlər, bu cür insan qırğını ilə bağlı raketlərin atılması ilə bağlı verilən qərarlar qorxu ilə bağlıdır. Kimlərsə düşünürsə ki, Putin qorxmur, guya qorxudur, bu özünün aldatmaqdır. Əksinə, qorxaqlar həmişə belə qərar verirlər.

Natiq Miri: “Putin bu çıxışı ilə həqiqətən də, qorxduğunu ortaya qoydu. Bütün bu zülmlər, bu cür insan qırğını ilə bağlı raketlərin atılması ilə bağlı verilən qərarlar qorxu ilə bağlıdır. Kimlərsə düşünürsə ki, Putin qorxmur, guya qorxudur, bu özünün aldatmaqdır”.

Artıq Rusiya gördü ki, müharibənin mahiyyəti dəyişir. Rusiya rəhbərliyi vərdiş etmişdi ki, müharibə Ukraynada gedəcək və onları əraziləri toxunulmaz olaraq qalacaq. Ancaq indi müharibə təkcə Ukraynada getmir, həm də Rusiya ərazisində gedir və gedəcək. Yəni bütün hərbi-strateji obyektlər Rusiyanın hansı şəhərində olursa-olsun vurulacaq və bu ehtimal çox böyükdür. Bu Rusiya üçün böyük itkilər deməkdir.

Buna görə də, Rusiya prezidenti əslində Rusiyanın zəif tərəflərini çıxışları ilə ortaya qoyub və daha bir həqiqəti ortaya çıxardı. Bəlli oldu ki, bu üç il müddətində Qərb dünyası müharibənin yalnız Ukrayna ərazisində deyil, Rusiyanın içinə doğru daşına biləcəyi ilə bağlı qərar qəbul etmiş olsaydılar, strateji silahların Rusiya ərazisində istifadəsinə icazə vermiş olsaydılar müharibənin nəticələri tamamilə fərqli olacaqdır. Bu da növbəti dəfə Qərbin nə qədər riyakar siyasət yürütdüyünü açıq şəkildə ortalığa qoyur.

Natiq Miri: “Nüvə silahından istifadə Rusiyaya nə verəcək? Təbii ki, məhv olmadan başqa heç nə verməyəcək”.

Rusiyanın nüvə silahından istifadə etməsi barədə deyə bilərəm ki, Putinin dünənki çıxışında nüvə silahı ilə bağlı heç bir ifadə işlətmədi. Bu da səbəbsiz deyil. Çünki nüvə silahından istifadə ilə qorxutmaq, çox qeyri-ciddidir. Çünki bu silahdan istifadə birtərəfli deyil. Bu gün bu silah hər kəsdə var. Xüsusilə nəzərə alınmalıdır ki, bütün skandinaviya dövlətləri, Rusiyanın şimalında əhatə olunmuş dövlətlərdən tutmuş, Şərqi Avropaya qədər Rusiya NATO tərəfindən çevrələnib. Bütün bu sərhədlərdə Qərbin Avroatlantik məkanı olan NATO ölkələrinə nüvə silahı yerləşdirilib.

Buna görə, nüvə silahından istifadə Rusiyaya nə verəcək? Məhz olmadan başqa heç nə verməyəcək. Düşünürəm ki, Putinin bilərəkdən bu ifadəni işləməməsi qəbulediləndir. O mənada ki, anlayır. Doğrudur, zaman-zaman qorxutmaq istəyir, ancaq Qərb bunu ciddi saymır. Çünki Qərbdə də bu silaha malikdirlər. Rusiya bu yöndə istənilən addım atdığı təqdirdə müharibənin mahiyyəti dəyişəcək ki, bu da Rusiyaya nə qədər sərf edəcək? Məsələ, budur”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
10
poliqon.info

1Sources