EN

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq

Təmsil etdiyim təşkilatın nöqteyi-nəzərindən, siyasi səviyyədə gedən danışıqlara münasibətdə iqlim fəaliyyətinə nail olmaq üçün şəbəkə qurmaq və beynəlxalq standartların dəyərini nümayiş etdirmək üçün Bakıda keçirilən COP29-da olmaq çox vacibdir. İnanıram ki, COP29 doğru yol olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İsveçrənin Beynəlxalq Elektrotexniki Komissiyasının xarici əlaqələr mütəxəssisi Boris Inderbitzin deyib.

O qeyd edib ki, COP29-da nəzərəçarpan, operativ və həqiqətən də təsirli ambisiyalar ifadə olunur.

“Biz beynəlxalq təşkilatıq, elektrik enerjisi və elektrotexnika enerjisinə çıxış sahəsində beynəlxalq standartları inkişaf etdiririk. Elektrotexnika enerjiyə çıxış, elektrikləşdirmə, davamlılıq və iqlim fəaliyyətinin çox vacib hissəsidir. Bizim təşkilatımız dünya səviyyəsində qəbul edilən həllər əsasında iqlimlə bağlı fəaliyyətin qlobal səviyyədə həyata keçirilməsinə kömək etmək üçün standartlar hazırlamaq gücündədir”, - deyə o bildirib.

Chosen
23
1
xalqqazeti.az

2Sources