EN

Futbol tarixində ilk: Əlavə transfer pəncərəsi elan edildi

İtaliya Futbol Federasiyası (FIGC) A Seriyasında çıxış edən klublar üçün əlavə olaraq iyunun 1-dən iyunun 10-dək əlavə transfer pəncərəsi elan edib.

Publika.az xəbər verir ki, bu qərar komandalara yayın əvvəlindən yeni oyunçuları qeydiyyatdan keçirməyə kömək edəcək. Əvvəllər olduğu kimi iyul ayını gözləməyə ehtiyac qalmayacaq.

Qurum bu addımı ilə yeni formatda keçiriləcək klublararası dünya çempionatının təmsilçilərinin işini asanlaşdırmağa çalışıb. İndi komandalar turnir başlamazdan əvvəl siyahılarını gücləndirmək imkanı əldə edəcəklər.

Qərar hələ rəsmən təsdiqlənməyib. Lakin yaxın vaxtlarda FİFA-nın razılıq verəcəyi gözlənilir.

Chosen
25
publika.az

1Sources