EN

Azərbaycan azot gübrəsinin ixracını - KƏSKİN ARTIRIB

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 102,2 milyon dollar dəyərində 454,1 min ton azot gübrəsi ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 38,6 milyon dollar və ya 61%, miqdar ifadəsilə 196,4 min ton və ya 2,2 dəfə artıb..

2023-cü ilin 10 ayında isə Azərbaycandan 63,6 milyon dollar dəyərində 257,6 min ton azot gübrəsi ixrac olunmuşdu.

1 kq azot gübrəsinin orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 38 qəpik təşkil edib ki, bu da illik müqayisədə 4 qəpik (9%) ucuzlaşma deməkdir.

Ötən ilin eyni dövründə azot gübrəsi orta ixrac qiyməti  42 qəpik bərabər olub.

Chosen
41
fed.az

1Sources