EN

Almaniya Rusiya ilə müharibə üçün məxfi əməliyyat planı hazırlayıb

Bundesver Rusiya ilə müharibə baş verəcəyi təqdirdə işə salınacaq “Deutschland” əməliyyatı adlı məxfi plan hazırlayıb.

AZƏRTAC xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” qəzetinin məlumatına görə, əməliyyat planına xüsusi mühafizə tələb edən bütün infrastruktur obyektləri daxildir. Bundan əlavə, planda NATO-nun şərq cinahının müdafiəsi və Rusiyanın durdurulması üçün fəaliyyət ardıcıllığı nəzərdə tutulub.

Sənədin mətnində, həmçinin qeyd olunur ki, müharibə baş verərsə, Almaniya “on minlərlə, hətta yüz minlərlə hərbi qulluqçunun cəmləşdiyi mərkəzə” çevriləcək.

Xatırladaq ki, iyulun 13-də “Bild” və “Der Spiegel” nəşrləri NATO-nun şərq cinahında baş verə biləcək mümkün müharibə ilə bağlı Almaniyanın əməliyyat planını dərc edib. Plan 3-6 ay ərzində Niderland, Belçika və Almaniya limanları vasitəsilə 800 min əsgərin şərqə yeridilməsini nəzərdə tutur.

Chosen
10
5
xalqqazeti.az

10Sources