Rusiyada uşaqlı qadınlara dəstək üçün yeni tədbir hazırlanır.
“İzvestiya” qəzetinin məlumatına görə, Dövlət Duması onlara uzaqdan işləməyə icazə vermək ideyasını nəzərdən keçirir.
“Cebheinfo.az”-ın nəşrə istinadən məlumatına görə, bu təşəbbüs Hesablama Palatasının Rusiyada qadınlara dövlət dəstəyi tədbirlərinin effektivliyinə dair hesabatı əsasında hazırlanıb və həmin hesabatda auditorlar Rusiya Federasiyasının Əmək Məcəlləsinə dəyişiklikləri tövsiyə ediblər. Həmçinin, işəgötürənlərə ailə məsuliyyəti daşıyan işçiləri uzaqdan və ya çevik işə keçirməyə məcbur etmək təklif edilib.
Eyni zamanda, Rusiya Əmək Nazirliyi yalnız işəgötürənləri hamilə qadınlar üçün işin təşkili probleminə anlayışla yanaşmağa çağıraraq, hələ ki, uzaqdan işə məcburi köçürmə haqqında danışmadığını vurğulayıb. Bununla belə, parlamentarilər daha da irəli getməyi və işəgötürənləri yazılı müraciət əsasında bir sıra işçi kateqoriyalarını distant iş rejiminə keçirməyə məcbur edərək, bu normanın qanuniləşdirilməsini təklif edirlər.
Layihə müəlliflərinin fikrincə, bu hüquqdan hamilə qadınlar, üç yaşınadək uşağı olan analar, 18 yaşınadək əlil uşağı böyüdən tək analar, habelə azyaşlı uşaqları və sağlamlıq imkanları məhdud uşaqları böyüdən vətəndaşlar istifadə etməlidirlər. Əlil uşağın yeganə təminatçısı olan valideynlər və qəyyumlar da bu hüquqdan yararlana biləcəklər.