EN

Abbas Əraqçi ilə Mirzoyan bir həftədə ikinci dəfə danışdılar: Nə məsələdir?

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Araqçi həftə ərzində ikinci dəfə telefonla danışıblar.

Publika.az xəbər verir ki, son vaxtlar İran gömrüyündə xarici dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması erməni sürücülərin ciddi probleminə çevrilib.

"Həmkarımla telefon danışığında gündəmdəki mövzulara, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunduq", - Mirzoyan sosial şəbəkədə yazıb.

Bundan əvvəlki söhbət noyabrın 14-də olub. İran XİN rəhbərinin Telegram kanalında verdiyi məlumata görə, söhbət zamanı erməni nazir İrəvan və Tehran arasında regional hadisələrlə bağlı məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Chosen
32
2
publika.az

5Sources