EN

Taksilərlər bağlı daha bir PROBLEM: Ünvana çatanda qiymət artır

Bəzən taksi sifariş verərkən yolda və ya mənzil başına çatanda qiymət dəyişə bilir. Bu isə müştəri və sürücü arasında mübahisəyə səbəb olur. 

Bəs taksi sifarişi verərkən əvvəlcədən göstərilən məbləğ niyə artır?  

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, xarici taksi şirkətlərinə daimi nəzarət olunmalıdır.

"Onlara icazə verilməməlidir, çünki onlar sərnişinləri narahat edə bilərlər. Xüsusilə, taksi sürücülərinin hüquqlarını pozurlar, ödənişləri vaxtında etmirlər və vətəndaşlarla sərt ünsiyyət qururlar. Xidmətin keyfiyyətli və təhlükəsiz davam etməsi üçün taksi şirkətləri daim nəzarət altında saxlanılmalıdır".

Bundan əlavə olaraq taksi sifarişi verərkən əvvəlcədən göstərilən məbləğ bəzən artır. Sürücülər bunu gecikmə, işıqforda gözləmə və s. səbəblərlə bağlayırlar. Öncədən taksi şirkəti ilə müştəri arasında razılaşmış müqavilə olmalıdır.Süni qiymət artımının olması düzgün deyil".

Taksi koordinatorunun sözlərinə görə, bəzən qiymət artımı ola bilər.

"Bu zaman sürücü öncədən müştərini xəbərdar edir. Bura yoldakı propka, gözləmə və digər səbəblər aiddir. Əgər sürücü süni şəkildə yolu uzadarsa, bu zaman müştəri taksi şirkətinin dəstək xidmətinə məlumat verməlidir". 

Məsələ ilə bağlı  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) Milli.AZ-a verilən məlumata əsasən, taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

Aysel Əkbər
Milli.Az

Chosen
37
7
milli.az

10Sources