EN

"Boşanmaların səbəbi dopamin ifrazının artmasıdır, çünki..." - Psixoloq

“Boşanmaların artmasının səbəbi psixoloji uyğunsuzluqdur”.

 

Sfera.az bildirir ki, bunu klinik psixoloq Rövşən Nəcəfov deyib.

 

O qeyd edib ki, sevən cütlüklər bir-birilərini daha dərindən görə bilmirlər:

 

“Ailə qurandan sonra isə artıq real baxış yaranır. Bu zaman isə görürlər ki, onlar əslində bir-biriləri üçün yaradılmayıblar. Adətən biz sevəndə beynimiz dopamin ifraz edir. Yəni sevgi də bir növ asılılıqdır, bunun da bir müddəti var”.

 

Psixoloq bildirdi ki, sözügedən asılılığın ya dozası artmalıdır, ya da ondan xilas olmalısan: “Fərqindəlik olduğu halda isə  biz qarşı tərəfin artıq dopaminimizi qaldırmadığını görürük. Sevgidən sonrakı mərhələ hörmətdir. Sevgi itəndə isə bu formalaşa bilmir”.

 

Günay 

Chosen
15
sfera.az

1Sources