EN

Paşinyan Ermənistanda despot rejimə keçir

Image

Mətləb Salahov: “ Yalançı “demokatiya” görüntüsü bitdi, indi hər şeyin bir əldə cəmləşəcəyi avtoritar hakimiyyət vaxtıdır”
  

Artıq bir neçə gündür ki, Ermənistanda bir sıra strateji güc nazirliklərinin rəhbərləri, habelə hökümətin üzvü olan qurum rəhbərləri rəsmi şəkildə qeyd olunduğu kimi, “öz xahişləri” ilə istefa veriblər. İstefaya gedənlər arasında Ali Məhkəmə Hüquq Şurasının sədri Karen Andreasyanın, İstintaq Komitəsinin başçısı Arqişti Karamyanın, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryanın, daxili işlər naziri Vaqe Kazaryanın, infrastruktur naziri Qnel Sanosyan ilə Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyanın adları var. Ermənistan hakimiyyətindəki bu “yarpaq tökümü”nə əsas səbəb nədir, N.Paşinyanı bu cür radikal addımlar atmağa nə vadar edir?
 Jurnalist-ekspert Mətləb Salahov “baki-xeber.com”a açıqlamasında bildirib ki, əslində son istefa dalğası daha çox N.Paşinyanın şəxsən hazırladığı plan üzrə reallaşıb. M.Salahovun dediyinə görə, hazırkı baş nazir növbəti siyasi mərhələ üçün “kəmər sıxma”, ən çox da hakimiyyəti bir əldə cilovlama istiqamətində qəti addımlar atacaq: “Diqqət edin: N.Paşinyan  bir tərəfdən məmurlara təşəkkür edir, digər tərəfdən də istefasını xahiş edir və bunu erməni cəmiyyətinin özü belə başa düşə bilmir. Çünki istefasını xahiş etdiyi məmurların böyük xidmətlərini vurğuladıqdan sonra onların vəzifəsindən kənarlaşmasının vacib hesab edilməsinin səbəbini belə müəyyən etməkdə erməni cəmiyyəti özü də çətinlik çəkir. Bunu başa düşməmək həqiqətən də məntiqidir, çünki bu qədər “tərif yağdırmaq” və ardınca da istefa “istəmək”, yüksək rütbəli məmurdan istefa verməsini “xahiş etmək”, ya da “tələb etmək” qətiyyən bir araya sığmır. Bəs onda məsələnin kökündə nə dayana bilər və əsl səbəb nədən ibarət olar?
 Əslində Nikol Paşinyanın hakimiyyət daxilində “kəmər sıxma” işinə başlayacağı gözlənilən idi. Çünki həm Moskvanın təsiri altında olan qüvvələr, həm də N.Paşinyanın dərin bağlarla əlaqədə olduğu Qərb dairələrinə bağlı olan yeni nəsil siyasi qüvvələr hər an hazırkı baş nazir üçün potensial təhlükə sayılırlar. Ən təhlükəlisi isə hər iki qütbün N.Paşinyan hakimiyyətini məhz öz daxilindən “vurmaq” risqi ilə bağlıdır. Bu sonuncu amil N.Paşinyanı ən çox narahat edən amildir. Məhz son qeyd etdiyimiz detal İrəvandakı “məmurların yarpaq tökümü” üçün əsas səbəb sayılmalıdır. Digər bir məqama diqqət edək. Hazırkı erməni cəmiyyəti əvvəlki kimi Nikol Vavayeviçin arxasında durana oxşamır.
 Çünki N.Paşinyan həttda 44 günlük müharibədə Azərbaycana acınacaqlı şəkildə məğlub olsa da, sosial-iqtisadi böhrandan hələ də çıxış yolu tapa bilməsə də erməni cəmiyyəti o zaman onu dəstəkləmişdi. Çünki müharibə isterikasından ehtiyatlanan, uzun illər müharibədən və onun yaratdığı iqtisadi böhrandan, dilənçi həyat tərzindən cana doyan emənilər, radikal müxalif ünsürlərin hay-həşirinə, N.Paşinyanı “vətən xaini” adlandırmalarına baxmayaraq hazırkı baş nazirə loyal münasibət göstərmişdilər.
 Xüsusilə uzun illər müharibə siyasətindən bəhrələnib Ermənistan əhalisini dilənçi kökünə salan, özləri isə var-dövlət və korrupsiya “cənnətində” üzən Serj Sarkisyan, Robert Köçəryan, eləcə də siyasi şoumenlik edən dini sekta funksionerləri erməni xalqından dəstək ala bilmədilər. Lakin artıq Ermənistan da yeni siyasi proseslər mərhələsinə daxil olur və bu dövrdə N.Paşinyana hakimiyyəti daha bərk saxlamaq, “dəmir avtoritarizm” sistemi ilə hakimiyyəti idarə etmək lazım gələcək. Xüsusilə hələ də künc-bucaqda onun büdrəməsini gözləyən, siyasi rəqib kimi deyil, şəxsi düşmənçilik hissi ilə alışıb yanan keçmiş iqtidar maxinatorlarının fürsət gözlədiklərini nəzərə alsaq hazırkı baş nazirin bu dərəcədə ehtiytlılıq və təşvişi başadüşüləndir. Bu gün Ermənistanda istənilən situasiyada N.Paşinyana qarşı hərəkətə gətiriləcək kifayət qədər siyasi füqurlar mövcuddur. Həttda biz qarşıdakı mərhələdə N.Paşinyan tərəfindən daha radikal kadr islahatlarına və avtoritarizm formalı idarəçiliyə şahidlik edəcəyik.”

Namiq Quliyev

 






Chosen
34
baki-xeber.com

1Sources