EN

İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib

22 noyabrda dövlət başçısı İlham Əliyev İsrailin Nəqliyyat və Yol Hərəkəti Təhlükəsizliyi naziri Miri Regevi qəbul edib.

Miri Regev İlham Əliyevə İsrail Prezidenti İsxak Hersoqun salamlarını çatdırıb.

Görüş zamanı Bakıda keçirilən COP29 konfransının əhəmiyyəti vurğulanıb və bu tədbirin iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğu qeyd edilib.

Söhbət əsnasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi də aparılıb.

Chosen
12
turan.az

1Sources