EN

Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama 

style='margin-bottom:10px;'>

"Lion"un (Fransa) futbolçusu Nemanya Matiç hesab edir ki, onun komandası dünyada ən çox qol imkanı yaradan komandadır.

QOL.az-ın xəbərinə görə, 36 yaşlı serbiyalı futbolçu klubun saytında yayımlanan açıqlamasında bildirib ki, komandası hücumda təsirlərini gücləndirməlidir.

Matiçin sözlərinə görə, Liqa-1-də "Lion"un hazırkı mövqeyi (5-ci yer) onu qane etmir.

"Olimpik Lion" Çempionlar Liqasında oynamalıdır" deyə təcrübəli yarımmüdafiəçi yarışdıqları Avropa Liqası hədəfləri barədə də danışıb və iddialı fikir səsləndirib:

"Avropa Liqasında bizim mövqeyimiz yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, bu turnirin qalibi olaq".

Xatırladaq ki, "Lion" "Qarabağ"ın Avroliqadakı rəqibidir. Fransa təmsilçisi bu yarışda növbəti matçını gələn həftə Bakıda məhz Ağdam təmsilçisinə qarşı keçirəcək. Oyun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. 

Chosen
8
2
teleqraf.com

3Sources