EN

Avropa anbarlarındakı qaz ehtiyatı 90 faizdən aşağı düşdü – Qiymət bahalaşır  

Noyabrın 20-də Avropa İttifaqı ölkələrindəki yeraltı anbarlardan 528 milyon kubmetr qaz götürülüb, 14 milyon kubmetr vurulub.

Musavat.com "Gas Infrastructure Europe"nin (GIE) statistikasına istinadən xəbər verir ki, həmin tarixə anbarlar 89,4 faiz qazla dolu olub ki, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 1,46 faiz bəndi aşağıdır. Anbarlarda 99,2 milyard kubmetr qaz qalıb.

Avropada istilik mövsümü 2024-cü il oktyabrın 29-da (son payız-qış mövsümündən 10 gün tez) başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan7 milyard kubmetrdən çox qaz çıxarıblar. Son 23 gündə anbarlardan götürülən qaz əvvəlki beş il ərzində bu günə olan orta göstəricidən 60 faiz çoxdur.

Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı noyabrın əvvəlindən orta hesabla 15 faiz təşkil edir, oktyabrda bu 17,9 faiz idi.

Avropada birjada qazın 1 min kubmetri təxminən 525 dollara satılır.
Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 456 dollar təşkil edib, noyabrda isə ilk 20 gündə orta qiymət 484 dollar olub.

Noyabr ayında terminallardan Avropa qaz ötürmə sisteminə daxil olan ümumi LNG daxilolmaları hələ də 2021-ci ildən bəri bu ay üçün ən aşağı göstəricidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 40 faizi ilə yüklənir.

Musavat.com

Chosen
50
50
musavat.com

10Sources