EN

Nizami Gəncəvinin orjinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirilir.

Bununla əlaqədar Nizami Gəncəvinin “Xəmsə”sinə aid beş əsərin orijinaldan Türk dilinə tərcüməsi layihəsinə başlanılmış, bu məqsədlə Ərzurum Atatürk Üniversitesi Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, doktor Nimet Yıldırımla razılıq əldə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu günlərdə Nizami Gəncəvinin “İskəndərnamə” əsəri Ankarada “Dergah yayınları” nəşriyyatında çap edilib.

Professor, doktor Nimet Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, bir sıra klassik Şərq şairlərinin əsərləri Türk dilinə çevirmişdir.

“Xəmsə”yə daxil olan digər dörd əsərin orijinaldan Türk dilinə tərcüməsi layihəsi davam edir və sözügedən əsərlər 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.

Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin cari il 29 noyabr – 8 dekabr tarixlərində 21-ci Ankara Beynəlxalq Kitab Sərgisində təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızın təbliğini həyata keçirir, klassik irsimizin tanınmış nümayəndələrinin əsərləri xarici dillərə tərcümə edilərək nəşr edilir.

Chosen
8
1
musavat.com

2Sources