EN

Xalq artisti: “Cismim 77, ruh yaşım 25-dir”

Rasim Balayev səhhətindən söz açıb. 

Demokrat.az olay-a istinadla xəbər verir ki, 76 yaşlı Xalq artisti “Qonaqcanlı” verilişində deyib: 

“Dostlarım zəng edir ki, necəsən? Cavab verirəm ki, babatam. Deyirlər, bir dəfə də de, yaxşıyam. Deyirəm, yaxşıyam. Bir az ayağımda probldem var. “Babək”, “Dədə Qorqud” və bir türk filmində çəkiləndə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur. Tez-tez fizoterapiyaya gedirəm.

Deyirlər, qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur axı. Amma ruhum cavandır, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir”.

Chosen
31
17
demokrat.az

3Sources