EN

Norveçdə ABŞ səfirliyinin gənc mühafizəçisi həbs edilib

Norveçdə

Dünən Norveç polisi Oslo şəhərində ABŞ səfirliyinin mühafizəçisinin İran və Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs edildiyini açıqlayıb. Məlumata görə, saxlanılan şəxs 20 yaşlı Norveç vətəndaşı olub. Norveç polisi külli miqdarda rəqəmsal məlumatları ələ keçirib və geniş araşdırma aparıb, ancaq hansı məlumatların paylaşıldığını hələ açıqlamayıb.Bildirilib ki, gənc səfirlikdə mühafizəçi işləyirmiş və diplomatik nümayəndəliklər üçün təhlükəsizlik xidmətləri göstərən şirkətlə əlaqəli olub. Saxlanılan şəxsin vəkili Yan Kristian Elden də müvəkkilinin Rusiya və İran kəşfiyyatçıları ilə əlaqə saxladığını vurğulayıb. Qeyd olunub ki, Rusiya və İran hələlik bu məsələyə münasibət bildirməyib.

Eltun Məmmədov

Diqqət Çəkənlər

İsrail İrana bağlı qruplaşmalara hücumları davam etdirir

Xoruldamağın qarşısını necə almaq olar?

Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq

Chosen
17
ulusum.az

1Sources