![ABŞ](/uploads/posts/2024-11/4476083c-2ff0-4376-aacb-92ac116f40fe.jpg)
Rusiya bəyan edib ki, ABŞ Polşanın şimalındakı yeni raketdən müdafiə bazasının döyüş hazırlığını artırıb və bu, nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına səbəb olacaq.
Reyting.az-ın məlumatına görə, Varşava buna cavab olaraq elan edib ki, Moskvadan gələn “daimi təhdidlər” NATO-nun müdafiə qabiliyyətinin artırılması iddiasını gücləndirir.
“Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Qeyd edək ki, Baltik dənizi sahili yaxınlığındakı Redzikovo şəhərində yerləşən raket əleyhinə müdafiə bazası noyabrın 13-də açılıb.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bazada nüvə raketlərinin olmadığını, onun yalnız müdafiə üçün nəzərdə tutulduğunu vurğulayıb.
E. KAMAL