EN

Yerli vergilərinizi ödəmisiniz? - Bu niyə belə vacibdir...

Vergi ödəməyin lazım olmadığına dair ümumi yanlış fikir vardır, çünki siz indi tam müstəqil bir sahibkarsınız və korporativ müəssisədə çalışmırsınız. Bu heç də doğru deyil. QNETPRO olaraq qazandığınız hər gəlirə görə vergi ödəmək vacib şərtdir. Yerli vergilərinizi ödəməyin nə üçün bu qədər vacib olduğunu və yerli qanunların öyrənilməsi sizin görüləsi işlər siyahınızda birinci yerdə olmalıdır.

Vergilərinizlə bəşəriyyəti inkişaf etdirirsiniz

Yerli vergiləri ödəməklə siz sosial proqramlar və investisiyaların maliyyələşdirilməsi üçün ölkənizin istifadə etdiyi davamlı gəlir mənbələrindən biri olursunuz. Sizin vergiləriniz ölkənizin ehtiyacı olan insanlar üçün pulsuz və ya güzəştli səhiyyə, təhsil ilə təmin etməsinə imkan yaradır. Vergiləri ödəmək, cəmiyyətimizin böyüməsi və inkişaf etməsi naminə sizin birbaşa töhfə verməyinizin yoludur.

Ölkənizə töhfə verirsiniz

Vergiləri ödəmək, səs verməkdən başqa, ölkənizə və hökumətinizə töhfə verə biləcəyiniz bir yoldur. Vergilər sizin ölkəni həyatda saxlayan qandır və onları ödəməklə dövlətinizi həyatda saxlayırsınız. Vergilərinizlə siz dövlətə milli təhlükəsizlik, müdafiə, infrastruktur və hətta institusional sahələrdə yardım edirsiniz. Ayrıca dövlət səviyyəsində hər hansı bir fövqəladə vəziyyət elan olunduqda, siz hökumətin həyata keçirdiyi yardım layihələrinə töhfə verməyə kömək etmiş olursunuz.

Ciddi cəzalardan yan keçə bilərsiniz

Yerli qanunlarınızı bilmək və onlara riayət etmək, xüsusən də gələcəkdə nə vaxtsa müəmmalı vəziyyətə düşməmək üçün çox vacibdir. Bir çox ölkələrdə vergilərin ödənilməməsi qanun pozuntusu kimi qiymətləndirilir və dövlət, hüquq mühafizə orqanları bu məsələyə çox ciddi yanaşırlar. Dünyanın harasında olmağınızdan asılı olmayaraq buna riayət etməməyin nəticələrinə - ağır cərimələr, qazanılmış əmlakın müsadirəsi və hətta həbs də daxildir. Çıxılmaz vəziyyətə düşməmək üçün yerli qanunlar barədə mütəxəssislə məsləhətləşin və qanunlara əməl edin.

Siz fərdi əmək fəaliyyəti ilə vergi üstünlüklərini əldə edə bilərsiniz

Hər bir ölkə sahibkarlarına və fərdi işini quran insanlara vergi güzəştlərini təqdim edir. Bu, təkcə vergi güzəştləri ilə məhdudlaşmır. Bəzi ölkələrdə işi inkişaf etdirmək məqsədi ilə istənilən kommersiya xərcləri, işi inkişaf etdirməyə yardım edən aktivlərin alınması kimi məsrəflərdən vergi tutulmur. Ölkənizin özünüməşğulluğa ayırdığı vergi güzəştləri haqqında daha çox məlumat toplayın.

QNET-də Müstəqil Nümayəndələr QNET vasitəsi ilə qazandıqları komissiyaları yerli, əyalət və federal vergilərini ödəməyə cavabdehdirlər (QNET Məram və Qaydaları 5.13-ü oxuyun). Əgər siz nə qədər vergi borcunuzun olduğunu və bunu hesablamağı və zamanında ödəmək barədə tərəddüdləriniz varsa, komandanızla və əməkdaşlarınızla danışın, bunu planlaşdırın. Sonda yerli vergilərinizi ödəmək Bəşəriyyətə Yardım məqsədilə Ayağa Qalxmağın (RYTHM), cəmiyyətinizin həyat səviyyəsinə müsbət töhfə verməyin başqa bir yoludur.

QNET Haqqında:

QNET qlobal həyat tərzi və sağlamlıq şirkəti, insanlara öz sağlamlıqlarına, rifahına və həyat tərzinə nəzarət etməyə imkan verən unikal məhsulları tanıtmaq üçün birbaşa satış biznes modelindən istifadə edir.

1998-ci ildən QNET-in innovativ məhsulları və e-ticarətə əsaslanan biznes modeli “RHYTHM” – Bəşəriyyətə Yardım Etmək Ayağa Qalx missiyası ilə idarə olunan məmnun müştərilər və mikro sahibkarlardan ibarət qlobal icmanın yaradılmasına kömək etmişdir. QNET-in təklif etdiyi məşhur məhsul brendləri arasında Bernhard H. Mayer lüks saatlar və zərgərlik məmulatları, "HomePure" evə qulluq məhsulları, "Amezcua Wellness" çeşidi, "Physio Radiance" özünə qulluq seriyası və QVI markalı tətil paketləri var.

QNET yüksək sənaye standartlarını qürurla nümayiş etdirir və dünya üzrə çoxsaylı Birbaşa Satış Assosiasiyalarının üzvüdür. Onun bir sıra qlobal idman sponsorluqlarında fəal iştirakı, o cümlədən "Mançester Siti" Futbol Klubunun (MCFC) və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyorluğu, şirkətin mükəmməlliyə sadiqliyini vurğulayır.

www.qnet.net saytına daxil olaraq QNET ilə yeni imkanlar dünyasını kəşf edin.
 

Chosen
10
hit.az

1Sources