EN

Neymar: “Bəzən oynamaq istəmirdim”

“Əl Hilal”ın hücumçusu Neymar ötən il aldığı ağır zədədən danışıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu bu haqda “The Beginning” sənədli filmində söz açıb:

“Bəzən oynamaq istəmirdim. Etiraf edim ki, bu zədə karyerama çox ciddi zərbə vurdu. Uzun müddət kənarda qalmaq çətindir və ancaq ağrı hiss edirsən. Yanımda dostlarım və ailəm, eləcə də məni hər gün motivasiya edən uşaqlar olduğu üçün çox minnətdaram”.

Neymar ötən ilin noyabrında Braziliya millisinin düşərgəsində dizindən ciddi zədə almış və bu səbəbdən 1 il yaşıl meydanlardan uzaq qalmışdı. Bu ay zədəsini sağaldan Neymar “Əl Hilal”la çıxdığı ikinci oyunda yenidən sıradan çıxıb.

Chosen
28
futbolpress.az

1Sources