EN

Səhiyyənin Təminat Mərkəzi sığortaçı seçir

Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi mal material dəyərlərinin könüllü sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini dekabrın 6-na qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, akad. Mirəsədulla Mirqasımov küçəsi, 1A ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 6-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Chosen
3
1
far.az

2Sources