EN

 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."

"...Kəndimizdə Qoca Gözəlov ad- soyadlı böyük bir Kişi var idi... Qarabağ bölgəsində, hətta qan- nəsil düşmənçiliyini belə bir kəlməsi ilə dayandırardı! İndi dünyanın ağsaqqalı yoxdur deyə, iki əmioğlunun- rusların və ukraynalıların qan- ərazi davasını dayandıran yoxdur!" "DİA-AZ" bildirir ki, bu sözlər tanınmış jurnalist, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin məqaləsində yer alıb.Məqalədə daha sonra deyilir: "Sözümün canı var: İsmayıllının bir başçısı var- Nahid Bağırov! Başçı gedəndən 1 ay sonra Prezident Sərəncamı ilə töhmət alan ikinci bir adam tanımıram! 4 ildir ilişib, bəli, məhz ilişib bir əliqabarlı fermerə ki, 25 illiyə icarəyə götürdüyü dəmyə torpaq, sən demə, indi bəlli olur ki, örüş yeridir! Fermer T.Abdullayevdən isə 21 ildir həmin torpağa görə Vergilər Nazirliyi məhz əkinə görə vergi alıb, icarə müqaviləsində də "Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ayrılır" yazılıb! Taxıl əkənə bu iradı tutub demək olardı ki, gözüm və ağlım əməlli görmür, gəl bundan sonra o torpaqda qoyun otar! Belə demək olardı? Olardı! Amma Nahid Bağırov bu Ağdam sakini olan fermerdən şəhid ailələri adından (fermer isə deyib ki, siyahını verin, özüm yardım edim, onsuz da indiyədək edirəm, bu da gənc başçının xoşuna gəlməyib) pul istədiyinə və ala bilmədiyinə görə 4 ildir əliqabarlı fermerlə məhkəmə müharibəsindədir!Putin də 4 ildir Zelenski ilə torpaq uğrunda müharibədədir! Nə qazanıb? Bilənlər bilir ki, dünyəvi rüsvayçılıq ortadadır!Bütün bunların səbəbi birdir: ortada sözü keçən ağsaqqalın olmaması!!!XXX...Nahid Bağırov ağsaqqallığın əziyyətini çəkir! Sonda bu intriqada uduzacağını yaxşı bilir! Onu da bilir ki, onsuz da uduzub! Məhkəmələrə zəng etdirib, filan- fulan etdirib qətnamə əldə etməklə deyil. İndiyədək bu əliqabarlı fermerə 4 dəfə uduzub!!! AYIB OLAN NƏTİCƏ!SONDA: neçə il əvvəl bir MTK vətəndaşa mənzilin divarını satmışdı. Çünki PA- da işləyən bir Həsənağanın qohumu idi! Vətəndaş mənə etibarnamə verdi... Rayon məhkəməsi iddiamızı təmin etdi və 8 min manatın qaytarılmasını qət etdi. MTK sədri PA- dakı "cəddi"nə arxayın idi deyə, apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd etdi... Həsənağanın qohumu bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdi. Hakim Vafəddin İbayev yeni qərar qəbul etdi. Bu o demək idi ki, MTK "Mənzil Məcəlləsi"nə tüpürərək sakinlərə divarı da sata bilər.Qısası, vəkillər bilir, bu hüquqi mübarizəmizə nöqtə demək idi. Zərərçəkən sakinlə birlikdə hakimin Lənkərandakı kəndinə getdik. Məlum oldu ki, atası və anası dünyasını dəyişib. Bir molla götürüb qəbirstanlığa getdik... Məzarın sinə daşına bir məktub qoyub Bakıya qayıtdıq.Bura qədər bəsdir: səhəri gün həmin MTK sədri məni ofisinə dəvət etdi... Bu gün də onunla dostluğumuz davam edir. Ona görə ki, o mübarizəmizdə haqlı olduğumuzu gördü və ziyanın yarısından da qayıtmağı səmərəli bildi! Onun ağsaqqalı, yəni PA- dakı qohumu başa salmışdı ki, daha bəsdir!!!XXXNahid Bağırovun ağsaqqalı, ona bəsdir deyin! Sonra kompromis yol axtarmamaq üçün... Axı, şəxsən mən sizi tanıyıram. Siz Bəxtiyar Cavadovun sizinlə bağlı 29 ildir çapa verilməmiş müsahibəsinin qəhrəmanısız! Şəxsinizə böyük hörmətimiz var. Ağsaqqallığınızı işə salın... Allah haqqı, fermerlə mübarizə aparıb qalib olmanı heç kim qəbul eləmir. Və hələki elə bir qalibi də tanımırıq...Nə isə..."

Chosen
14
2
yenisoz.az

3Sources